Canlı yayım zamanı həyatını itirən məşhurlar

Canlı yayım zamanı həyatını itirən məşhurlar
Şou-biznes 488

Dünya mediasında zaman-zaman belə acı hadisələr baş verir - insanlar canlı yayım zamanı qəfil həyatlarını itirirlər.

BAKU.WS xəbər verir ki, 1974-cü ildə ABŞ-də xəbər aparıcısı Christine Chubbuck canlı yayımlayarkən intihar edib.

2015-ci ildə Vaşinqton ştatında jurnalistlər Alison Parker və Adam Ward canlı müsahibə zamanı silahlı hücum nəticəsində həyatını itiriblər.

2025-ci ildə isə Fransız influencer Jean Pormanove (Raphaël Graven) 12 günlük canlı yayım əsnasında vəfat edib.

Meksikalı müğənni və model Fede Dorsak məşhur rəqs şousu üçün məşq etdikdən sonra evinə gedərkən güllələnərək həyatını itirib. Hadisənin soyğunçuluq məqsədilə baş verdiyi bildirilir.

Britaniyalı komediyaçı və sehrbaz, Tommi Kuper 1984-cü ildə Londonda canlı yayımlanan şou zamanı səhnədə infarkt keçirmiş və vəfat etmişdir. Tamaşaçılar əvvəlcə bu hadisəni şou hissəsi kimi qəbul etmişdi.

Amerikalı aktyor və komediyaçı, Orson Bin 2020-ci ildə Los-Ancelesdə avtomobil qəzasında həyatını itirmişdir.

İtaliyalı futbol məşqçisi, Franko Skolio 2006-cı ildə televiziya kanalında canlı yayımlanan mübahisə zamanı ürək tutmasından vəfat etmişdir.

Bu hadisələr həm ictimaiyyətin, həm də media dünyasının yaddaşında qalır və canlı yayımlarla bağlı təhlükəsizlik və etik məsələləri yenidən gündəmə gətirir.

Oxşar xəbərlər

Tarkanın 7 ildən sonra keçirilən konsertindən görüntülər

Tarkanın 7 ildən sonra keçirilən konsertindən görüntülər

Meqastar Tarkan 7 ildən sonra ilk dəfə İstanbulda səhnəyə çıxıb. BAKU.WS xəbər verir ki, sənətçini sevənləri böyük coşğu ilə qarşılayıblar. Tarkanın səhnə şousu...

120 Şou-biznes 18:46 17 yanvar 2026

Son xəbərlər