Bu günün hava proqnozu

Bu günün hava proqnozu
Şou-biznes 1256
Martın 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimal edilir.   Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.   Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.   Martın 21-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimal olunur. Gündüz saatlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.   Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti,  dağlarda gecə 0-5 dərəcə şaxta,  gündüz 3-6 dərəcə isti olacaq.   BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Martın 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbi...

8 Şou-biznes 12:28 20 mart 2016

Son xəbərlər