Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
Şou-biznes 8
  İyulun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal var. Şimal küləyi əsəcək.    Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.   Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.   Tibbi meteoroloji proqnoza gəlincə, iyulun 6-7-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüd meteohəssas insanlar üçün əlverişlidir.    BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda bayram gününün hava proqnozu açıqlanıb

Azərbaycanda bayram gününün hava proqnozu açıqlanıb

İyulun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mil...

885 Şou-biznes 13:15 05 iyul 2016

Son xəbərlər