Azərbaycanda bayram gününün hava proqnozu açıqlanıb

Azərbaycanda bayram gününün hava proqnozu açıqlanıb
Şou-biznes 885

 

İyulun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal var. Şimal küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, iyulun 6-7-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüd meteohəssas insanlar üçün əlverişlidir. 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Hava yenidən soyuyur: leysan yağacaq

Hava yenidən soyuyur: leysan yağacaq

Hava ilə bağlı növbəti xəbərdarlıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin kəskin dəyişəcə...

2558 Şou-biznes 12:44 04 iyul 2016

Son xəbərlər