Brilliant "Instagram" izləyicilərini "kartof" adlandırdı - VİDEO

Brilliant Instagram izləyicilərini kartof adlandırdı - VİDEO
Video
Şou-biznes 3802
Xalq artisti Brilliant Dadaşova ARB TV-də yayımlanan "Şou news" verilişində sosial şəbəkədə ona yazılan mənfi rəylərə münasibət bildirib.BAKU.WS-in məlumatına görə, Xalq artisti ona tənqid yazan izləyicilərini kartof adlandırıb:"Çox gülürəm bunlara. Bir uşaq şəklinə, xoşum gələn nəyəsə rəy yazıram. Mənə tənqid yazanlar bəyənənlərdir. Yazırsa, demək çox xoşuna gəlir. Kartofu, kökü kiloqramla satırlar. Amma brilyantı tək alırsan. Kiloqramla satılanlar da, tək satılanlar da var".İfaçı formada qalma sirlərini izləyiciləri ilə bölüşəcəyini bildirib:"Özəl heç nə etmirəm. Bu yaxınlarda nə yeyib, nə içdiyimi İnstaqrama qoymağa. Xanımlar çox yazırlar. Bilmirəım, yerinə yetirəcəklər, ya yox. Gözəllik nisbidir. Gözəl insan hər şeyi də gözəl görür".Qeyd edək ki, B. Dadaşova bir müddət əvvəl qısa ətəkdə fotolarını paylaşmış və tənqid edilmişdi.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər