Boğaz ağrısı və öskürəyi dərhal kəsən üsul — XALQ TƏBABƏTİ
24
fev
2019
13:15
Qışda yayılmış qrip infeksiyaları tez-tez boğaz ağrısı və ağır öskürəyə səbəb olur.BAKU.WS publika.az-a istinadən boğaz ağrısını aradan qaldıran təbii müalicə üsulları ilə tanış edib.İki sarının güclü birləşməsiLimon və heyvanın güclü birləşməsi boğaz infeksiyalarını müalicə edir. Dilimlənmiş heyvanın üzərinə limon sıxıb 1 çay qaşığı bal tökün və əzib püre halına gətirin. Bu qarışığı hər səhər və ya axşam udun.Limon güclü C vitamini qaynağıdır, eyni zamanda təbii antibiotikdir. Sitrik turşusu boğazı qələviləşdirməyə kömək edir.Zəncəfil və balBir çay qaşığı balla sürtgəcdən keçirilmiş zəncəfilin qarışığı boğaz ağrısına qarşı çox təsirlidir.Soğan suyuSoğan və sarımsaq bədənin bəlğəm toxumasının hava yolları ilə çıxarılmasına imkan verən kükürd komponentlərindən ibarətdir. Bu iki faydalı bitki bakterial infeksiyalarla mübarizə aparır. İki orta ölçülü soğanın qabığını təmizləyib iki hissəyə bölün və bir gün suda saxlayın. Ertəsi gün soğan suyunu için. Bu, boğazı rahatlaşdırıb öksürüyü azaldacaq.Həm çiy sarımsaq, həm də çiy soğan boğaz infeksiyalarına qarşı güclü təsir göstərir.Çiy kərəvizÜzərinə limon suyu sıxılmış çiy kərəviz boğaz ağrılarını aradan qaldırır. Tərkibində olan bol C vitamini, kalium, maqnezium, sodium, dəmir və lif qələviləşdirici xüsusiyyətinə malikdir. Bu isə boğaz xəstəliklərinin inkişaf riskini azaldır.Boğaz ağrılarına qarşı təbii vasitələrÇobanyastığı, roybos və itburnu çayı boğaz infeksiyalarından müdafiə edir.Hər səhər balı zəncəfil, sarıkök və istiot ilə qarışdırıb udun, bu, infeksiyaları aradan qaldırmağa kömək edir. Daha faydalı olmasını istəyirsinizsə, zəncəfil təzə olmalıdır. Qarışığın üzərindən dərhal su içməyin.Közlənmiş yaşıl və qırmızı bibərin üzərinə az miqdarda su ilə sirkə tökərək yeyin. Bu üsul boğaz xəstəliklərinin müalicəsində çox effektlidir. Həmçinin xiyar və kələm turşusu da yaxşılaşdırıcı təsirə malikdir.Boğaz ağrısını yüngülləşdirmək üçün bir ədəd mixək çeynəyə bilərsiniz.Hər cür infeksiyalara qarşı hər gün 2 litrə yaxın su için.Qara turpQara turp və bal alternativ tibbdə öskürək, bronxit və digər respirator sistem xəstəliklərin müalicəsində istifadə edilir. Qara turp qırmızısından daha faydalı xassələrə malikdir. C vitamini baxımından qara turp narıncı və digər meyvələrdən üstündür.Qara turpun içini ovub bir-iki çay qaşığı bal töküb 12 saat bir kasada saxlayın. Turpun içindəki bal kasanın içinə sızmağa başlayacaq. Sonra stəkanın içinə süzülmüş suyu için. Bu, həm xəstəliyi sağaldır, həm də immun sistemini gücləndirir. Resepti yeməkdən yeməkdən əvvəl 2 və ya 3 qaşıq qəbul edin.1. Bal ilə qara turp sahib olduğu yüksək antioksidant sayəsində qan damarlarını qoruyur.2. İflic riskini azaldır, ürək döyüntülərini normaya salır, yorğunluğu aradan qaldırır və əzələ kramplarının sağalmasına kömək edir.3. Qəbzliyin qarşısını alaraq həzm sistemini asanlaşdırır.4. Toksinlərin tər yolu ilə sürətlə çıxarılmasını təmin edir.5. Öskürəyi azaldır, bəlğəmgətirici xassələri sayəsində bronxiti müalicə edir.BAKU.WS
Oxşar xəbərlər
Uşaqlar arasında yayılan xəstəlik haqqında VACİB AÇIQLAMA
Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cü...