“Bədən.İnsan.Səs” adlı sosial layihəyə start verildi (FOTO/VIDEO)

“Bədən.İnsan.Səs” adlı sosial layihəyə start verildi (FOTO/VIDEO)
Şou-biznes 1481

Bakıda "Bədən.İnsan.Səs” adlı sosial layihəyə start verilib. 

BAKU.WS xəbər verir ki, layihə müxtəlif dil, din,yaş, mədəniyyət, fiziki və əqli məhdudiyyəti olan insanları bir arada cəmləyir. 

Burada iştirakçılar musiqi, rəqs və müxtəlif oyunlar vasitəsi ilə bir-biriləri ilə tanış olur, ünsiyyət qururlar. Layihə rəhbəri Mister Häppy ləqəbli Səid İsmayılzadənin fikrincə bu layihənin əsas məqsədi insanlar arasında olan sədləri yumşaltmaq və fərqli insanların birgə ünsiyyət qurub əməkdaşlıq etməsi üçün imkan yaratmaqdır.

Qeyd edək ki, birliyi təcəssüm edən və layihənin rəsmi himni olan "Together” adlı mahnı bu yaxınlarda yekunlaşmaqdadır- burada heç bir musiqi aləti istifadə edilməyib.

Bu xeyirxah ideya ətrafında "Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birlik, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi, Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3№-li Respublika xüsusi internat məktəbi (lal-kar), Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbi, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi, 100-dən artıq iştirakçı və könüllülər birləşib. 

Layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə "Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən "Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi” çərçivəsində reallaşdırılır.

Avqust ayında start götürən layihənin təqdimatı isə dekabr ayında baş tutacaq. Burada iştirakçılar öz musiqi, rəqs və digər bacarıqlarını nümayiş edəcəklər. Yekun olaraq birlik rəmzi olan "Yallı” rəqsi bütün iştirakçılarla ifa ediləcək.

Aysel.Ş

BAKU.WS

Son xəbərlər