Bədənini 1 milyarda sığortalatdıran məşhurlar (FOTO)
Səs, gözəl ayaqlar, parlaq saçlar, ideal bədən quruluşuna sahib olmaq üçün ulduzlar çox əmək sərf edirlər. Bunun üçün milyonlarla dollar pul tökən məşhurlar da var.
BAKU.WS Rusiya mətbuatına istinadən məlumat verir ki, məşhurlar təkcə mənzilini, avtomobilini deyil, bədəninin müxtəlif hissələrini də sığortalayırlar. Bunun üçün yüksək miqdarda məbləğ ödəyirlər.
BAKU.WS bədənini sığortalatdıran məşhurları təqdim edir.
RİHANNA - 27 yaşBarbaroslu müğənni 2007-ci ildə ayaqlarını 1 milyon dollara sığortalatdırıb.
TEYLOR SVİFT - 25 yaş
Dünyanın ən çox qazanan müğənnisi hesab olunan Teylor Svift də ayaqlarını sığortalatdırıb. O ayaqları üçün 40 min dollar xərcləyib.
HAYDİ KLUM - 42 yaş
"Victoria's Secret"-in əfsanə mələklərindən Haydi Klum ayaqlarını 2 milyon dollara sığortalatdırıb.
CENNİFER LOPES - 46 yaş
Cennifer Lopez təkcə sənəti ilə deyil, həm də ideal bədən quruluşu ilə, əsas da ombaları ilə məşhurdur. Aktrisa ombalarını 27 milyona sığortalatdırıb.
DANİEL KREYQ - 47 yaş
Məşhur aktyor bədənini 9,5 milyon dollara sığortalatdırıb.
CULİYA ROBERTS - 47 yaş
Ən məşhur gülüşə sahib olan Culiya Roberts bunun üçün 30 milyon dollar xərcləyib.
DEVİD BEKHEM - 40 yaş
Ulduz futbolçu bədənini 195 milyon dollara sığortalatdırıb.
MERAY KERi - 45 yaş
Meray Keri ayaqları üçün ən maksimum məbləği xərcləyib. Belə ki, müğənni ayaqlarını 1 milyard dollara sığortalatdırıb.
KRİŞTİANO RONALDO - 30 yaş
"Real-Madrid"in portuqaliyalı futbolçusu Ronaldo ayaqlarını 100 milyon dollara sığortalatdırıb.
MADONNA - 56 yaş
Madonna da bədənini sığortalatdıran məşhurlardandır. Ulduz müğənni sinəsini 2 milyon dollara sığrotalatdırıb.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
"Victoria’s Secret"in mələklərindən cazibədar FOTOSESSİYA
Dünyaca tanınmış qadın alt paltarları brendi "Victoria’s Secret" yay yeni çimərlik geyimi kolleksiyasını təqdim edib. BAKU.WS məlumat verir ki, brendin yeni k...