Baloğlan Əşrəfov bu səbəbdən xəstəxanaya getməyib, oğlu danışdı - VİDEO

Baloğlan Əşrəfov bu səbəbdən xəstəxanaya getməyib, oğlu danışdı - VİDEO
Video
Şou-biznes 192

Bu dəfə “O üz” proqramının qonağı mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov olub.

BAKU.WS xəbər verir ki, verilişdə atasının ölümündən danışan Peyman onun xəstəxanaya getməməsinin səbəbindən danışıb:

“Atam deyirdi ki, 70 yaşımı görməyəcəm. Bunu yarızarafat-yarıciddi qəbul etmək istəmirdik, amma müddət keçdikcə görürdük ki, sözlərinin çoxu reallığa çevrilir. Koronavirusa yoluxanda xəstəxanaya getməsi üçün 3-4 dəfə məcbur etmək istədik. Dedi ki, yox, dünyamı dəyişsəm də, el adəti ilə yuyulub, kəfənlənmək istəyirəm”.

Xatırladaq ki, Baloğlan Əşrəfov ötən ilin aprelində evdə müalicə zamanı COVID-19-dan dünyasını dəyişib.

Son xəbərlər