Bakıya gələcək müğənnilər arasında qalmaqal
"Will.i.am" adı ilə tanınan müğənni Uilyam Adams ötən il "The Black Eyed Peas" qrupunun yenidən bir araya gələcəyini elan etmişdi.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, lakin qrup tam olaraq birləşə bilməyib. Kardiffdə baş tutacaq Çempionlar Liqasının final mərhələsində çıxış edəcək qrupun üzvləri arasında "Will.i.am", "Tabu və "Apl.de.ap" səhnəyə çıxacaqlar. Müğənni Ferqinin qrupa qayıtmaması isə müzakirələrə səbəb olub.
"Will.i.am" bu haqda açıqlama verərək Ferqinin solo karyerası ilə məşğul olduğunu, hətta albom çıxarmasında ona köməklik etdiyini deyib. O, əlavə edib ki, Ferqi qrupun 20 illik yubiley konsertində çıxış edəcək.
Lakin şayiələrə görə tərəflər arasında qalmaqal yaşanıb. Hətta Ferqinin yerinə qrupa Nikol Şerzingerin gələcəyi də iddia edilir.
Qeyd edək ki, "Black Eyed Peas" qrupu və Nikol Şerzinger 21-23 iyunda Bakıda keçiriləcək "Formula 1" yarışmasının konsertində çıxış edəcəklər. Onlardan başqa Tarkan və Meray Kerri də yarış günlərində paytaxtda konsert verəcəklər.
BAKU.WS
Oxşar xəbərlər
Bakıya gələcək ulduzların qəribə istəkləri
Dünya ulduzları konsert vermək təklifi alanda, ilk növbədə, rayderlərini təqdim edirlər. Onların gedəcəkləri yerdəki çıxış qonorarı ilə yanaşı, istəkləri də hər...