Bakının mərkəzində "Formula 1" Marşallarının fleş-mobu (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçirilən "Formula 1" Azərbaycan qripisinin Marşal heyəti şəhərin mərkəzində maraqlı fleş-mob edib
BAKU.WS-in məlumatına görə, fleş-moba digər şəhər sakinləri də qatılıb. Onlar bir neçə dəqiqə rəqs ediblər. Dünyada keçirilən bütün "Formula 1" yarışlarının təşkilatçılığında və keçirilməsində Marşallar böyük əhəmiyyət daşıyır. F1 aləmində Marşallara həmçinin "Yarış Rəsmiləri” də deyilir. Onların işi F1 pilotlarının təhlükəsizliyinin təminatında və bütün Marşal komandasının inzibati təşkilatçılığında həyati əhəmiyyət daşıyır.
Azərbaycanda bu sahə yeni olmasına baxmayaraq, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təsis edilən "Baku Marshals Club” marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirlər təşkil edir, müsahibələr və təlimlər keçirir, eyni zamanda beynəlxalq Marşal Klubları ilə də sıx əməkdaşlıq qurur.
İman
BAKU.WS
Oxşar xəbərlər
"Formula 1"lə əlaqədar maşın saxlamaq qadağan edilən ərazilər
Bakı şəhər sakinlərindən xahiş olunur ki, Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlıq işlərinin gedişatına maneçilik törətməmək üçün avtomobillərini 1-25 iyun t...