Bakının mərkəzində nadir quş tapılıb - FOTO

Bakının mərkəzində nadir quş tapılıb - FOTO
Şou-biznes 2828
Bakının mərkəzində nadir quş tapılıb.BAKU.WS "report"a istinadən xəbər verir ki, 28 may küçəsində, Qara Qarayev parkında nadir quş növlərindən hesab olunan Əbabil quşu tapılıb.
Bakının mərkəzində nadir quş tapılıb - FOTO
Quş yaralı olduğundan hadisənin şahidi olan şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb.Məsələ ilə bağlı operativ reaksiya verən qurum əbabil quşunu tapan şəxsdən təhvil almaq üçün əməkdaşlarını hadisə yerinə göndərib.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Əbabil quşu onu tapan şəxsdən təhvil alınıb.
Bakının mərkəzində nadir quş tapılıb - FOTO
Daha sonra Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitas­iya Klinikasına təhvil verilib.İ.İbrahimiova bildirib ki, quş reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq:"Bu nadir quşu köməksiz vəziyyətdə görüb nazirliyə xəbər verən vətəndaşa, həmçinin vəhşi təbiətə həssas münasibət göstərən hər kəsə minnətdarlığımızı bildiririk".
Bakının mərkəzində nadir quş tapılıb - FOTO
Qeyd edək ki, əbabil dünyanın ən nadir quşlarından biridir. Bu quşlar gecə-gündüz havada qalır və uçarkən yatırlar, ümumilikdə ömürlərinin 80 faizdən çoxunu uçaraq keçirərlər.Bu canlılara yerdə çox nadir hallarda rast gəlmək mümkündür.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda məşhur quş tapıldı - FOTO

Azərbaycanda məşhur quş tapıldı - FOTO

Lənkəranda dünyanın ən nadir canlılarından biri - Əbabil quşu tapılıb. BAKU.WS ONA-ya istinadla xəbər verir ki, məşhur Əbabil quşları Rzayevlər ailəsinin evinə...

3685 Şou-biznes 17:20 09 aprel 2019

Son xəbərlər