İş adamının evindəki qonur ayı Reabilitasiya Mərkəzinə təhvil verilib – FOTO
01
mar
2019
11:17
Quba rayonunda fərdi təssərrüfatlardan birində saxlanılan qonur ayı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən qonur ayı baytar həkim tərəfindən müayinə olunub. Ayı mərkəzdə iki ay reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.Qeyd edək ki, mətbuatda belə məlumat yayılmışdı ki, iş adamı Abbas Zeynalov Qubadakı fərdi təsərrüfatında "Qırmızı kitab”a düşmüş və saxlanması qanunla qadağan edilən qonur ayı saxlayır.BAKU.WSOxşar xəbərlər
Evində ayı saxlayan iş adamı - “Məcbur qalıb bağıma gətirdim”
Qubanın Mirzəqışlaq kəndindəki evində ayı saxladığı deyilən məşhur iş adamı Abbas Zeynalov haqqındakı məlumatlara münasibət bildirib. BAKU.WS xəbər verir ki, o,...