Azərbaycanda şahin quşunu ovlayan ərəb ələ keçdi - cərimə edildi
27
sen
2018
09:25
5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Şabran rayonu ərazisində, Xəzər dənizinin sahil zolağında adı “Qırmızı kitab”a düşmüş şahin quşunu ovlayan 3 şəxsi saxlayıb. Onlardan şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri, 4 göyərçin quşu və 1 qanadı zədələnmiş şahin quşu götürülüb.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, ov edən şəxslərin İraq vətəndaşı Taha Vasmi Zaidan Sumaida və 2 nəfər Azərbaycan vətəndaşı olduğu müəyyən edilib.Faktla bağlı Taha Vasmi Zaidan Sumaida barəsində protokol tərtib edilərək ona inzibati qaydada 3.100 manat məbləğində cərimə və ziyan tətbiq olunub. Digər 2 nəfər Azərbaycan vətəndaşı isə sənəd təqdim etmədiklərinə görə, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və məsulliyyətə cəlb edilmələri üçün rayon polis şöbəsinə müraciət olunub.Qanadı zədələnmiş şahin quşu reabilitasiya keçməsi üçün Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib, göyərçin quşları isə təbiətə buraxılıb.BAKU.WS
Oxşar xəbərlər
Ərəb turist bu hərəkətinə görə 2000 manat cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Salyan rayonunun Kalmas adlanan ərazisində icazəs...