Ərəb turist bu hərəkətinə görə 2000 manat cərimələndi

Ərəb turist bu hərəkətinə görə 2000 manat cərimələndi
Hadisə 804
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Salyan rayonunun Kalmas adlanan ərazisində icazəsiz ova cəhd edən 2 nəfəri saxlayıb. BAKU.WS nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırma zamanı ova cəhd edənlərin Bəhreyn Krallığının vətəndaşı Mohammed Ali Al-Marri və Pakistan İslam Respublikasının vətəndaşı Faesal Şah olduğu məlum olub. Onlardan quş ovlamaq üçün ləvazimatlar götürülüb.Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər