Azərbaycanda ərəblərin tüfənglərini aldılar, 2000 manat cərimə etdilər
13
sen
2018
10:56
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Neftçala rayonunun Uzunbabalı kəndi ərazisində müvafiq icazə olmadan ova cəhd edən 3 nəfər saxlanılıb.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, araşdırma zamanı ova cəhd edənlərin Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Abdulrahman Fahad A. Almehemid, Nasser Saleh H. Alnuuayser, Fahad Sulaiman İ. Alhumaid olduğu məlum olub. Onlardan 3 ov tüfəngi, 50 patron götürülüb.Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.BAKU.WS
Oxşar xəbərlər
Mərdəkan sakinlərini zibilə görə cərimələmək istəyən məmurun özünü cərimələdilər
Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov cərimələnib.BAKU.WS xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvə...