Azərbaycanda kişi həyətində ayı saxlayırmış - FOTO

26
fev
2019
16:23
Quba rayonunda həyətində ayı saxlayan kişi aşkarlanıb.BAKU.WS-in DİN-ə istinadən verdiyi xəbərə görə, rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təsərrüfatda adı “Qırmızı kitaba” düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayının saxlanıldığı məlum olub.Həmçinin A.Zeynalova məxsus həmin təsərrüfa baxış zamanı oradan müvafiq sənədləri olmayan bir ədəd “Cifsan” markalı ov tüfəngi də aşkar edilərək götürülüb.Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır. Qanunsuz olaraq qəfəsdə saxlanılan ayının əhalinin həyat və sağlamlığına zərər verməsinin qarşısının alınması və təbiətə qaytarılması istiqamətində müvafiq qaydada qanuna uyğun tədbirlər həyata keçirilir.BAKU.WS


Oxşar xəbərlər
“Qırmızı” kitaba düşən quş və balıqları ovlayanlar tutuldu – FOTO
Su Polisinin əməkdaşları adı “Qırmızı” kitaba düşmüş quş və qanunsuz balıq ovu ilə məşğul olan brokonyerlərə qarşı tərbir keçirib.Bu barədə Daxili İşlər Nazirli...
