Bakıdan danışan Rafet El Roman: "Gecə papağımı taxıb, küçəyə çıxıb, bütün şəhəri..." - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Rafet El Roman maraqlı açıqlamaları ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, aparıcı Emin Musəvinin müsahibi olan sənətçi tez-tez səfər etdiyi Bakı ilə bağlı təəssüratlarını bölüşüb.
Aparıcı ifaçı ilə olan müsahibəsini şəxsi instaqram hesabında yayımlayıb:
"Bir nömrəli ifaçı Rəşid Behbudov mənim ürəyimdədir. Azərbaycan musiqilərini çox sevirəm. Necə ifa edirlərsə, insan heyran olur. Bir də Aygün Kazımovanın səsini bəyənirəm. Röyanı da sevirəm, səhnə də paylaşmışıq. Buranın özünəməxsus rəqslərini, musiqisini bəyənirəm.
Bakının gecə, işıqlı küçələrini, mərkəzini çox sevirəm. Bütün Bakını yeriyərək gəzə bilərəm. Nərə balığını da sevirəm. Burada insanlar bilmir, amma mən gələndə oteldə qalıram. Gecə papağımı taxıb küçəyə çıxıb, bütün şəhəri ayaqla gəzirəm".
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...