Bakıda qəribə olay: tutuquşular bulvara kütləvi köç etdi (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Qəfəsdə görməyə alışdığımız tutuquşular indi təbiət qoynunda yaşayır. Elə öz ölkəmizdə, Bakı bulvarında...
BAKU.WS məlumat verir ki, tutuquşular bir müddət əvvəl hardansa bura gəlib. Özü də nə az nə çox, sayları 30-a yaxındır.
Bulvar idarəsinin əməkdaşlari əvvəl elə biliblər ki, tutuquşular nə vaxtsa çixib gedəcək, amma belə olmayib. Tutuquşular hələ də bulvardakı ağaclarda yaşayır və heç yerə getmirlər.
Tutuquşular həm görünüşü, həm də çıxardıqları səslərlə bulvara başqa ahəng gətiriblər.
Dənizkənarı Bulvar İdarəsinin kommunal xidmət, təmir və mühafizə müəssisənin direktoru Rafael Niftəliyev deyir ki, gələcəkdə tutuquşuların sayı çoxalarsa quş yuvalarının sayını artıracaqlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 36 metrlik yolka qurulur (FOTO)
Paytaxtda Yeni il bayramına hazırlıq işləri davam etdirilir. "Qafqazinfo” xəbər verir ki, bayram ərəfəsində paytaxtın ən böyük yolkası bu il Dənizkənarı Bulvar...