Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
Noyabrın 8-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarına gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib. Sonra Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.
Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına da gül dəstələri qoyulub.
Daha sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən Dövlət Bayrağı Muzeyində 9 noyabr Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev, YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev və Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva çıxış etdilər.
Tədbirdə Dövlət Bayrağı Muzeyinin dövlət rəmzlərinin təbliği istiqamətində fəaliyyətinə həsr edilmiş fotosərgi nümayiş edilmişdir. Bununla yanaşı Dənizkənarı Bulvar İdarəsinin layihəsi olan Azərbaycan bayrağına həsr edilmiş filmin təqdimatı olmuşdur. Bununla da tədbirə yekun vurulub.
BAKU.WS
Oxşar xəbərlər
Müdafiə nazirləri Qəbələdə: mühüm görüş başladı (FOTO)
Qəbələ şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovu...