Bakı Kitab Mərkəzi oxucuların ixtiyarındadır - VİDEO

Bakı Kitab Mərkəzi oxucuların ixtiyarındadır - VİDEO
Video
Şou-biznes 2814
Bakı Kitab Mərkəzi ötən gündən oxucuların ixtiyarına verilib. Mərkəzin qapıları səhər saat 10:00-dan axşam saat 22:00-dək kitabsevərlərin üzünə açıq olacaq.Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan mərkəz kitabsevərlərə ən müasir imkanları təqdim edir. Mərkəzdə kitabsevərlərin asudə vaxtlarını xoş keçirə bilmələri üçün hər cür şərait yaradılıb.Paytaxt Bakıda belə bir məkanın fəaliyyətə başlaması kitabsevərlərin ürəyincə olub. İlk gündən müşahidə olunan maraq və oxucu axını belə deməyə əsas verir.Mərkəzin 3 dildə saytı da fəaliyyət göstərəcək. Oxucular internet səhifəsi üzərindən kitab sifariş edə biləcəklər. Bundan başqa, qonaqlar burada "I love Baku" milli brendinin Azərbaycana dair suvenirləri və "Azərmarka"nın məhsullarını da ala biləcəklər.Paytaxtın Üzeyir Hacıbəyli və Qoqol küçələrinin kəsişməsində yerləşən mərkəzin sahəsi 2500 kvadratmetrə yaxındır.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Anarın qızına yeni vəzifə verilib

Anarın qızına yeni vəzifə verilib

Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın qızı Günel Rzayeva yenbi vəzifəyə təyin edilib.BAKU.WS modern.az-a istinadən xəbər verir ki, Günel Rzayeva bir neçə...

4704 Sosial 09:30 01 sentyabr 2018

Son xəbərlər