Bakı bulvarında iri əyləncə mərkəzi açılacaq (FOTO)

Bakı bulvarında iri əyləncə mərkəzi açılacaq (FOTO)
Şou-biznes 8786
Bu il Bakı bulvarında "Caspian Waterfront" iri əyləncə mərkəzi açılacaq.Trend-in məlumatına görə, bunu mərkəzin layihələndirmə işlərini görən "Chapman Taylor" dizayner şirkətinin direktoru Tim Karran deyib.O bildirib ki, sahəsi 120 min kvadratmetr olan mərkəz ailəvi istirahət məkanı kimi hazırlanır: "Təklif ediləcək əyləncə xidmətlərinin çeşidi çox müxtəlif olacaq, mərkəzdə bütün nəslin nümayəndələri üçün çox gözəl ab-hava yaradılacaq".Bundan əvvəl "Caspian Waterfront" iri konqres mərkəzi olmalı idi, lakin sonradan mərkəzin təyinatı dəyişdirildi."Chapman Taylor"un qənaətincə, əyləncə mərkəzi Bakının simvollarından birinə çevrilməlidir.Şirkət dizaynı hazırlayarkən Azərbaycan bayrağındakı və gerbindəki 8 güşəli ulduzdan ilhamlanıb.BAKU.WS

Oxşar xəbərlər

2018-ci ilin ilk günləri Qəbələdə çox maraqlı olacaq

2018-ci ilin ilk günləri Qəbələdə çox maraqlı olacaq

Təbiətin ən gözəl rənglərini əks etdirən Qəbələ şəhəri bu qış fəslini daha da rəngarəng edir. Bu il bütün yumor və musiqi sevərlər üçün Qəbələdə 12-ci Beynəlxal...

1102 Şou-biznes 12:53 29 dekabr 2017

Son xəbərlər