Bakı şəhərində ağacəkmə aksiyası keçirilib (FOTO)
01
apr
2019
13:45
Ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq paytaxt Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi “Təmizlik ayı” çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxtın rayonlarında ağacəkmə və ərazilərin təmizlik-abadlığı ilə bağlı aksiya keçirilmişdir.Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov BAKU.WS-ə açıqlamasında bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları, həmçinin Nərimanov, Yasamal, Xətai və Qaradağ rayonlarının təsərrüfat xidmətləri işçiləri, idarə, təşkilat, ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada paytaxt rayonlarının ərazisində minlərlə müxtəlif cinsli ağac tingi əkilib. Ərazilərdə əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll olunmuşdur. Həmçinin il boyu bu ağaclara qulluq məsələləri yerli icra qurumları tərəfindən nəzarətə alınmışdır.Eyni zamanda paytaxt rayonlarının qəsəbə və yayayış məntəqələri ərazisində yol kənarları, aşıq sahələrdə yığılan zibillər, kortəbii zibilliklərin böyük bir hissəsi təmizlənərək daşınmışdır.Qeyd edək ki, ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilib.Movsüm ərzində paytaxt rayonlarında ağacəkmə və təmizlik-abadlıqla bağlı iməcliklərin hər həftə keçirilməsi nəzərdə tutulmuşdur. BAKU.WS
Oxşar xəbərlər
Bakıda zibillərlə bağlı YENİLİK – VİDEO
Paytaxt Bakı, həmçinin ətraf kənd və qəsəbələrin məişət tullantılarının toplanılması və daşınması üçün yeni konsepsiya hazırlanır.BAKU.WS Xəzər TV-yə istinadən...