“Hər ailə ağac əksin” aksiyası Binəqədi, Mehdiabad, Zığ və Qalada davam etdiriləcək
10
noy
2018
16:32
Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq “Hər ailə ağac əksin” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan aksiya noyabrın 12-də Binəqədi rayonunda və Mehdiabad, Zığ, Qala qəsəbələrində davam etdiriləcək.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, aksiya Binəqədi rayonu 99 nömrəli orta məktəbin və Mehdiabad qəsəbəsi icra nümayəndəliyinin qarşısında saat 11:00-dan 13:00-dək, Zığ qəsəbəsində icra nümayəndəliyinin, Qalada isə Qala bələdiyəsinin qarşısında saat 13:00-dan 15:00-dək keçiriləcək və vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.BAKU.WS
Oxşar xəbərlər
Vətəndaşlara pulsuz tinglər paylanılacaq
Vətəndaşlara pulsuz tinglər paylanılacaq.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verib.Verilən məlumata görə,...