Nazirlik şirkət əməkdaşını cəzalandırdı

10
okt
2018
11:33
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhəri, M.Rəsulzadə küçəsində yaş köküstə 8-16 sm diametrində 4 şam və ayland ağacının kəsildiyi aşkar edilib.Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, araşdırma zamanı ağacların “Proqress-2016” Mənzil Tikinti Kooperativ şirkətinin işçisi Samir Hacıyev tərəfindən kəsildiyi və təbiətə 970 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.Faktla bağlı S.Hacıyev barəsində protokol tərtib olunub və ona 8800 manat məbləğində cərimə tətbiq edilib.BAKU.WS

Oxşar xəbərlər
83 ədəd yulğun kolunun kökündən çıxardan şəxs 6640 AZN CƏRİMƏLƏNDİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Sabirabad rayon Salmanlı kəndi ərazisində...