Bakı Dövlət Universitetinin yeni rektoru kimdir? – DOSYE
11
mar
2019
16:55
Bakı Dövlət Universitetinə yeni rektor Elçin Səfəralı oğlu Babayev əvvəllər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində işləyib.BAKU.WS xəbər verir ki, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elçin Babayev AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, "ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsi şöbəsinin rəhbəri vəzifələrində çalışıb.2019-ci il martın 11-dən etibarən Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edirdi.Qeyd edək ki, Elçin Babayev 1965-ci ilin 4 aprel ayında Naxçıvan şəhərində doğulub.Helioseysmologiya və Günəş atmosferində rəqslər və dalğaların tədqiqi üzrə silsilə nəzəri işlər yerinə yetirilmişdir.Ağırlıq qüvvəsi və maqnit sahəsi nəzərə alınmaqla güclü dərəcədə qeyri-bircins olan plazmada qeyri-adiabatik maqnit-akustik-qravitasiya (MAQ) dalğalarının yayılması və transformasiyası nəzəriyyəsi işlənilib-hazırlanmışdır.Hiperhəndəsi Meyer funksiyaları ilə ifadə olunmuş maqnit-hidro-dinamik (MHD) tənliklərin tapılmış analitik həlləri plazmanın qeyri-bircinsliyi və maqnit sahəsi səbəbindən bir tip dalğaların digərlərinə transformasiyasının tam nəzəriyyəsini qurmağa imkan vermişdir.Dalğaların transformasiya və əks olunmasını xarakterizə edən müvafiq energetik əmsallar hesablanmışdır.Nəticələr Günəş şəraitinə tətbiq edilmiş və dalğaların fotosferin dərin qatlarından yuxarı qatlarına yayılması zamanı udulması və əks olunması tədqiq edilmişdir. Dalğaların qeyri-bircins mühitdə (plazmada) şüalanma ilə qarşılıqlı təsiri araşdırılmışdır.Silsilə işlərdə radiasiya itkiləri nəzərə alınmaqla qeyri-bircins, şüalanan, sıxıla bilən, stratifikasiya olunmuş istilik mübadiləsi baş verən mühitdə qeyri-adiabatik və ixtiyari optik qalınlığa malik kiçik hidrodinamik həyəcanlaşmalar tədqiq edilmişdir.Şüalanma intensivliyinin fluktuasiyalarını təsvir edən tənlik çıxarılmış və ilk dəfə olaraq energetik itkilər funksiyası üçün Eddinqton yaxınlaşmasında izotermik atmosfer halında analitik həllər tapılmışdır.Tapılmış dəqiq həllər əsasında qeyri-adiabatik atmosfer (akustik və qravitasiya) dalğalarının yayılması və radiasiya sönməsinin ümumi nəzəriyyəsi qurulmuşdur.İstilik və akustik dalğa modlarının qarşılıqlı təsirini, onların transformasiyasını nəzərə alan qeyri-adiabatik rəqslərin yaradılmış modeli Günəşin 3.3 mHz (5 dəqiqəlik rəqslər) tezliyində inteqral şüalanma selinin fluktuasiyalarının paylanmasındakı müşahidə olunan maksimumu izah etməyə imkan vermişdir.Qeyd olunan tezlikdə selin fluktuasiyalarının amplitudunun nisbi qiymətləri 1/100000 olmuşdur və bu rəqəm müxtəlif beynəlxalq eksperimentlərin müşahidələrinin nəticələrinə uyğun gəlmişdir.Göstərilmişdir ki, akustik və istilik dalğalarının yayılma sürətlərinin təqribən bərabər olduğu fotosfer səviyyələrində səs dalğaları əhəmiyyətli dərəcədə qeyri-adiabatik olur və rəqslərin modları bir-birinə qarışır. Nəticədə, eyni bir tezlikdə səs və istilik dalğalarının eyni zamanda müşahidəsi imkanı yaranır.Akustik və istilik dalğalarının inteqral şüalanma selinin və hərəkət sürətinin fluktuasiyalarına verdiyi töhfə müqayisə edilmişdir. Müəyyənləşdirilmişdir ki, Günəşin kəsilməz spektrində müşahidə olunan rəqslər əsasən istilik rəqsləridir, akustik dalğalar isə daha çox hərəkət sürətinə töhfə verirlər və bu da öz növbəsində Dopler ölçmələri ilə təsdiq edilir.Günəşin radial rəsqləri üçün inteqral şüalanma seli (parlaqlıq) və şaquli hərəkət sürəti (İ-V spektr) arasındakı faza sürüşməsinin nəzəri spektri hesablanmışdır.Alınmış nəticələrin müşahidə materialları ilə müqayisəsi rəqslərin 2.4 – 3.6 mHz tezlik intervalında kifayət qədər uyğunluq göstərir.İstilik rəqslərinin töhfəsi şüalanmanın inteqral selinin fluktuasiyalarında, akustik rəqslərinki isə - hərəkət sürətində dominant olduğundan belə bir nəticəyə gəlinir ki, alınmış faza sürüşməsi istilik və qeyri-adiabatik səs rəqsləri arasındakı fazalar fərqidir.Şüalanma itkiləri nəzərə alınmaqla müxtəlif tip qeyri-adiabatik maqnit-akustik-qravitasiya dalğalarının stratifikasiya olunmuş atmosferdə xətti transformasiyası, əks olunması və udulmasının daha təkmil nəzəriyyəsi qurulmuşdur.Maqnit sahəsinin meylinin dalğaların sönməsinə təsiri tədqiq edilmiş və müəyyənləşdirilmişdir ki, sahənin meyli artdıqca MAQ dalğaların şüalanma udulması kəskin surətdə güclənir.Hərəkət sürətinin rəqsləri və plazma temperaturunun fluktuasiyaları arasında Günəş ləkəsinin fotosferi səviyyəsində amplitud nisbəti və faza sürüşməsi hesablanmışdır.Müəyyən olunmuşdur ki, ləkənin kənarına yaxınlaşdıqca faza sürüşməsi kəskin artır. Göstərilmşdir ki, Dopler sürüşmələrində rəqslərin müşahidə olunması üçün ən əlverişli sahə ləkənin kölgəsi, intensivlikdə isə - yarımkölgəsidir.Bu halda müşahidə olunan rəqslərin hər tezliyi üçün sürət və intensivlik fazaca dəqiq fərqlənirlər. Analiz nəticəsində göstərilmişdir ki, 3 dəqiqəlik rəqslər maqnit sahəsinin güclü meylə malik olduğu ləkə yarımkölgəsində parlaqlığın rəqslərində daha yaxşı müşahidə oluna bilər.Alınmış nəticələr nüfüzlu jurnallarda dərc olunmuş və onlarla Rusiyada keçirilmiş və beynəlxalq konfrans, simpozium, seminar və qış məktəblərində məruzə edilib.Günəş-Yer əlaqələrinin öyrənilməsi və kosmik hava variasiyalarının texnoloji və ekoloji sistemlərə təsirinin öyrənilməsi üzrə İsrail, ABŞ, Yunanıstan, Bolqarıstan, Belçika, Ukrayna, Rusiya, İngiltərə, Slovakiyavə digər ölkələrin alimləri ilə aparılmış elmi-tədqiqat işləri nəticəsində mühüm və yeni nəticələr alınmış, xaricdə nüfuzlu jurnallarda onlarla məqalələr dərc olunmuş, bu işlərə onlarla istinadlar verilmiş,nəticələr 50-dən yuxarı beynəlxalq konfrans, simpozium və seminarlarda şifahi məruzə edilmişdir.Günəş-Yer əlaqələri və kosmik hava təsirləri ilə elmin kütləviləşdirilməsi istiqamətində də müvafiq işlər görülür, elmi-kütləvi məqalələr dərc olunur, müsahibələr verilir, kosmik hava ilə bağlı gündəlik proqnozlar hazırlanır.BAKU.WS
Oxşar xəbərlər
Prezident BDU-ya yeni rektor təyin etdi - FOTO
Prezident İlham Əliyev Bakı Dövlət Universitetinə yeni rektor təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamla...