Baş ağrıları, halsızlığa SON - Sabahdan maqnit qasırğası səngiyəcək

Baş ağrıları, halsızlığa SON - Sabahdan maqnit qasırğası səngiyəcək
Hadisə 1232
Sabahdan etibarən geomaqnit qasırğası səngiyəcək.Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.Onun sözlərinə görə, təqribən 5 gündür ki, başlayan geomaqnit qasırğası hələ də aramsız olaraq davam edir və vaxtaşırı G1 və G2 kateqoriyalı səviyyələrə keçir.Bu prosesin bu gün də davam etdiyini deyən E.Babayev deyib ki, buna səbəb Günəşdəki tac dəlilklərindən başlanğıcını götürən yüksək surətli Günəş plazma küləyidir:"Maraqlıdır ki, hazırda Günəşin səthində bir dənə də olsa günəş ləkəsi müşahidə olunmur. Adətən bu ləkələr və onların yaxınlığında olan alışmalardan sonra bu cür mürəkkəb vəziyyət yaranarsa kosmik hava korlanırdı. Lakin bugünkü səbəb günəşin səthində orta ölçüyə malik tac dəliyindən əsən günəş plazma küləyidir. Həmin külək 5 gündür yer ətrafı fəzaya çatıb. Hazırda yer həmin küləyin ağuşundadır. Bu da geomaqnit qasırğasına səbəb olur".E.Babayev qeyd edib ki, kosmik hava əgər korlanmış meteoşəraitlə tandem təşkil edirsə , diskomfort vəziyyəti artırmış olur. Bu halda həkimlər hansısa qabaqlayıcı tədbirlərin həyata keçirilməsini məsləhət görürlər.Alimin sözlərinə görə, bu hal ilk növbədə risk qrupuna daxil olanlar üçün təsirli olur. Bu zaman əsasən ürək qan-damar sistemi xroniki xəstəliklərinə məruz qalan insanlar, qismən də ahıl insanlar və azyaşlı uşaqlar daha çox artmış diskomforta məruz qalırlar:"Adətən impulsiv baş ağrıları, halsızlığın artması şəklində özünü göstərir. Heç bir təşvişə düşməyə ehtiyac yoxdur. Hesab edilir ki, sabahdan etibarən vəziyyət əvvəlki normasına düşəcək".BAKU.WS

Son xəbərlər