Azərbaycanın bütün məscidlərində bayram namazı qılındı

Azərbaycanın bütün məscidlərində bayram namazı qılındı
Şou-biznes 1150
Ramazan bayramı ilə əlaqədar Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb.BAKU.WS trend-ə istinadla xəbər verir ki, bu gün dünyada müsəlmanlar müqəddəs Ramazan bayramını qeyd edirlər.İyunun 15-də Ramazan ayının başa çatması münasibətilə saat 09:00-dan etibarən (bəzi məscidlərdə 08:00) Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə bayram namazları qılınıb. Yüz minlərlə insan məscidlərdə namaz qılıb, dualar edib, Allahdan bağışlanmalarını diləyib.Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlıq Qarabağ probleminin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua edilib.Təzəpir məscidində bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.Qeyd edək ki, iyunun 15 və 16-da Azərbaycanda Ramazan bayramı qeyd olunur.BAKU.WS

Oxşar xəbərlər

Bayram namazının vaxtı açıqlandı

Bayram namazının vaxtı açıqlandı

Azərbaycanda bayram namazının vaxtı açıqlanıb.BAKU.WS xəbər verir ki, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 15-i, saat 09:00-da ölkənin bütün məscidlə...

1963 Şou-biznes 15:41 11 iyun 2018

Son xəbərlər