Azərbaycanlı məşhurun hicaba keçən qızı ərə gedir - EKSKLÜZİV, VİDEO

26
may
2018
13:33
Əməkdar artist Firuzə İbadovanın qızı Hülya ərə gedir.BAKU.WS -in əldə etdiyi məlumata görə, artıq İslam qaydalarına uyğun nikah kəsilib. Cütlük iyunun 4-də isə rəsmi nikaha daxil olacaq. Hulyanın ailə qurduğu şəxs dindardır. Deyilənlərə görə, onların izdivacına səbəb məhz ikisinin də dindar olmasıdır. Belə ki, Hülya ötən ay anası ilə birlikdə Kərbəla ziyarətində olub. Gənc xanım ziyarətdən qayıtdıqdan sonra qapanmağa, hicaba keçməyə qərar verib. Özünü bütünlüklə ibadətə həsr edən Hülya çalışdığı Dövlət Sərhəd Xidmətindəki işindən də ayrılıb. Hazırda ev xanımıdır. Adı açıqlanmayan bəy əməkdar artistin qızını özünə uyğun bilib və el adətilə elçilərini göndərib. Ailələr və gənclər arasında razılıq evliliklə nəticələnib. Bu Hülyanın ikinci, ailə quracağı şəxsin isə ilk evliliyidir. Xatırladaq ki, Hülya bundan əvvəl bir dəfə ailə qurub. O, 2008-ci ildə ərə gedib. İki il sürən bu evlilikdən Hülyanın Hökumə adında bir qızı var. Zülfiyyə QurbanovaBAKU.WS Əməkdar artistin qızı Hülya hicaba keçdikdən sonra ilk dəfə ATV-də görünüb.

Oxşar xəbərlər
Azərbaycanın boşanan məşhurları - SİYAHI
Tanınan simalar hər zaman şəxsi həyatları ilə maraq dairəsində olublar. BAKU.WS axşam.az-a istinadən boşanan məşhur şəxslərin siyahısını təqdim edir:Müğənni Lət...