Azərbaycanlı aparıcı: “WhatsApp-da saxta profil açıb, adımdan hakimiyyət əleyhinə mesajlar yazırlar”
Xəzər FM-in səhər proqramının aparıcısı Orxan Rzayev xoşagəlməz vəziyyətlə üz-üzədir.
Tanınmış teleapaırıcı BAKU.WS-in redaksiyasına müraciət edərək, bildirib ki, onun adından WhatsApp akkaunt açaraq, hakimiyyət əleyhinə mesajlar yazırlar.
"Bir müddət öncə xoşagəlməz hadisə ilə üzləşməli oldum – hansısa saxtakar WhatsApp açaraq, profilə mənim şəklimi qoyub. Sonra da adamlarla tanış olur, hakimiyyət əleyhinə sərt fikirlər yazır. Bildirmək istəyirəm ki, həmin adam mən deyiləm. Britaniya qeydiyyatında olan bir nömrə olduğu üçün həmin adamı tapmaqda çətinlik çəkirəm. Amma məsələ ilə bağlı artıq aidiyyatı orqanlara müraciət etmişəm. Ümid edirəm ki, onlar yaxın zamanlarda müəyyən ölçü götürəcəklər”, - deyə, aparıcı deyib.
Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
"iPhone"u olanlar üçün WhatsApp-dan möhtəşəm yenilik (VİDEO)
Dünyanın ən məşhur mesajlaşma proqramı olan WhatsApp ötən gün yenilənib. BAKU.WS-in məlumatına görə, proqramın "2.16.10" yeni versiyası "iPhone"ların "iOS 10"...