Azərbaycanda yeni "iPhone"lar satışa çıxarıldı - 2600 AZN
                            
                                14
                                sen
                            
                                2017
                                16:12
                            
                            
                        Sentyabrın 12-də təqdim edilən yeni "iPhone" telefonları artıq Azərbaycanda satışa çıxarılıb. BAKU.WS-in məlumatına görə, elan saytlarında yeni "iPhone"ların sifarişi ilə bağlı məlumatlara rast gəlmək mümkündür. Elanlarda qeyd edilir ki, Amerikadan gətirilən 1 illik rəsmi "Apple" zəmanətli "iPhone 8 Plus" 64GB yaddaşlı telefon 1935 AZN qiymətinədir. "iPhone X" telefonu isə elan saytlarında 2600 AZN-ə təklif olunur. "Alma Store" mağazalarından isə bildirilir ki, hələlik rəsmi olaraq telefonların satışına başlanılmayıb. Yeni "iPhone" modellərinin qiyməti sentyabr ayının sonu, oktyabr ayının əvvəlinə kimi məlum olacaq. NazimBAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
"Apple" "iPhone 8" və "iPhone X" smartfonlarını təqdim edib - FOTO
"Apple" şirkəti yeni "iPhone 8" və "iPhone X" smartfonlarını təqdim edib.BAKU.WS-in məlunmatına görə, “iPhone X” ilk dəfə metal korpusla istifadəyə verilib. Sma...