Azər Axşam polisə şikayət etdi: Haqqımda ən alçaq, ən aşağı sözlər yazıblar - VİDEO

Azər Axşam polisə şikayət etdi: Haqqımda ən alçaq, ən aşağı sözlər yazıblar - VİDEO
Video
Şou-biznes 924
Barəsində yalan məlumatlar yazılan Azər Axşam polisə şikayət edib.BAKU.WS xəbər veri ki, aktyor bu barədə ATV-nin "Gündən günə" proqramında danışıb.A.Axşam birinci həyat yoldaşını məhkəməyə verib, böyük oğlunu ondan alacağı barədə yazılanları şər-böhtan adlandırıb:"Sosial şəbəkədə səhifə açılıb və mənimlə bağlı xəbərlər dərc edirlər. Yazırlar ki, guya mən demişəm ki, böyük oğlumu anasından alacam. Onun orientasiyası yerində deyil, oğluma pis təsir edəcək. 21 yaşlı oğlanı kim məhkəmə yolu ilə ala bilər? Məni tanımayan insanlar haqqımda ən alçaq, ən aşağı sözlər yazıblar. Sən mənim necə ata olduğumu bilmədən, axi necə o sözləri yaza bilərsən?Polisə müraciət edəcəm. Onu yazıb dərc edənləri və eyni zamanda şərhlərin sahiblərini məhkəməyə verəcəm. Təzminat tələb edəcəm. Rəy bildirməyə ixtiyarınız yoxdur. Mənim necə ata, insan olduğumu bilmədən o, sözləri yazmaq olmaz. Ailəli adamam, sevdiyim həyat yoldaşım var. Kiçik oğlumla böyük oğlum arasında münasibətləri qoruyub saxlayıram. Deyirəm, sənin böyük qardaşındadır, o da anasıdır, hörmət edin".BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər