Ziya Məmmədov milyardlarının müsadirə olunmasından danışdı

Ziya Məmmədov milyardlarının müsadirə olunmasından danışdı
Siyasət 12901
"Mətbuatda mənim haqqımda yazılan məlumatlar kökündən yanlışdır. Mən bu məsələlərlə heç maraqlanmıram da”.BAKU.WS azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri sabiq nəqliyyat naziri Ziya Məmmədov söyləyib.Onun sözlərinə görə, onun haqqında dəfələrlə saxta xəbərlər yayılsa da, indiyə qədər heç birinə əhəmiyyət verməyib: "Çünki yalan yazırlar, böhtan atırlar. Ciddi media qurumları bu işlə məşğul olmamalıdır. Niyə bunu yazırlar, onu onların özündən soruşmaq lazımdır. Bunu məndən niyə soruşursuz, onlardan soruşun ki, niyə böhtan yazırlar?""Hazırda nə işlə məşğul olursuz və ölkədən getmək fikriniz var mı? sualına isə keçmiş nazir belə cavab verib: "İndi istirahət edirəm və heç hara getmək fikrim yoxdur”.Xatırladaq ki, son günlər dövrü mətbuatda sabiq Nəqliyyat naziri Ziya Məmmədovun milyardlarının müsadirə olunacağı ilə bağlı məlumatlar yayılıb. Həmin informasiyalarda iddia olunur ki, bundan narahat olan keçmiş nazir ölkəni tərk etməyə hazırlaşır.BAKU.WS

Oxşar xəbərlər

Ziya Məmmədov özünə 270 minlik "Audi A8 Premium" maşını aldı

Ziya Məmmədov özünə 270 minlik "Audi A8 Premium" maşını aldı

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov özünə bahalı avtomobil alıb.BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, Ziya Məmmədov qiyməti 268 min manat olan "Audi...

9582 Şou-biznes 13:06 13 sentyabr 2018

Son xəbərlər