Türkə ərə gedən Cəmilə: "Muradın keçmiş həyat yoldaşı məni şantaj edir"
18
okt
2017
16:09
Sentyabrın 16-da Türkiyədə nikahımız oldu. Toydan 2 gün sonra keçmiş arvadı həyat yoldaşıma yazmağa başladı. Cavab verməyəndə, mənə yazıb şantaj edirdi.BAKU.WS xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında aktrisa Cəmilə Tağızadə deyib.Aktrisa bildirib ki, əri Muradın keçmiş həyat yoldaşı onları şantaj edir:"Mənə yazdı ki, tanınmışsan, səni biabır edəcəm. Mənim borclarımı ödəsin, qızılları versin. Qadın adam aldatmaqla məşğul imiş, ona görə boşanıblar. Ondan sonra toyunda alınan qızılları satıb, borclarını qaytarıblar. Onun mesajlarına cavab vermədim, başladı qohumlarıma yazmağa. Yazır ki, Muradla Cəmilə yalançıdır, tanıdığınız biri deyil. Onu məhkəməyə verdim. Bunlara görə cavab verəcək. Onun səviyyəsinə enməyəcəm. Yaxşı xanım olsaydı, evində oturardı, yoldaşı ondan boşanmazdı. Hər yerdə deyir guya bu boşanma ərizəsi verib. Yalan danışır. Murad məhkəməyə ərizə verib ki, onu boşasın. Bir övladları var, bütün onun ehtiyaclarını ödəyirik. Yalandan deyir ki, uşaq xərçəng xəstəsidir, ona çox pul lazımdır. Qadın mənim əhvalımı o qədər pozmuşdu ki, depressiyaya düşmüşdüm. Hər şeydən uzaqlaşmışdım".BAKU.WS
Oxşar xəbərlər
Özündən 28 yaş kiçik qızla evlənən polkovnikin keçmiş həyat yoldaşından ŞOK AÇIQLAMA
Ötən gün özündən 28 yaş kiçik qızla evlənməsi ilə gündəmə gələn 60 yaşlı polkovnik Əzizağa Qənizadənin 2-ci həyat yoldaşı maraqlı açqılamalar verib. Bu barədə...