Nadir: "Dəfələrlə ayrılmaq istəmişik"

Nadir: Dəfələrlə ayrılmaq istəmişik
Şou-biznes 10588
"Mən evə girəndə uşaqlarım öz otaqlarına girirlər. Mən girib onlara "salam" verməsəm, ordan çıxmazlar. Hətta oğluma pul da verəndə, götürmür. Baxıram ki, pul qabısında 20 qəpiyi var., mənə qıymır".BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Xəzər maqazin"ə açıqlamasında deyib. Sənətçi ailəsindən danışıb. O bildirib ki, övladları axsam saat 10-dan gec evə gələ bilməz:"Uşaqlarımdan çox razıyam. Onlar harınlamayıblar, çaşmayıblar. Demişəm ki, 10 tamamdan gec evə gəlmək olmaz. Kişi ancaq işdən gec gələ bilər, avaraçılıqdan yox. Evə geciksələr bilirlər ki, nə edəcəm".Şəxsi həyatından danışan qafarzadə həyat yoldaşı Sevinc xanımla da aralarında dəfələrlə mübahisələr olduğunu söyləyib:"25 il davam edən ailədə söz-söhbət olmaya bilər? O qədər olub ki... Hətta ayrılmağı da düşünmüşük. Oturub danışmışıq ki, yox olmaz, balalarımız var".BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər