Nadir Qafarzadə: “Oğlumla-qızım aclıqdan öldü” (VİDEO)
Müğənni Nadir Qafarzadə 24 illik evliliyindən söhbət açıb.
BAKU.WS xəbər verir ki, ifaçı "ARB” telekanalının "Gəlin, danışaq” verilişində həyat yoldaşı Sevinc xanımla və övladları ilə bağlı maraqlı açıqlamalar verib.
Evliliyinin bugünkü gənclərə nümunə göstərib.
"Biz ac da qalmışıq, susuz da... Aclıqdan iki övladımı –bir qız, bir oğlan – itirmişəm. Qızım vəfat etməsəydi, indi 23 yaşı olardı. Qayınatam evimizə gələndə, soyuducunu açıb, baxmaq istəyəndə, yoldaşım deyərdi ki, ata, oranı niyə açırsan? Onsuz da doludur, yeməyə hər şeyimiz var. Halbuki, soyuducu boş idi, içində heç nə yox idi. Övladlarım 8 aylıq doğulurdular, sonra ölürdülər. Qızım 6, oğlum isə 3 gündən sonra öldü. Vəsiyyət etmişəm ki, məni ölən oğlumun yanında dəfn etsinlər”, - deyə, N.Qafarzadə deyib.
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
Nadir: "Övladlarım heç mənə də qulaq asmırlar"
"Məndən olsa sabah da oğlumu evləndirərəm. Hər şeyə hazıram. Amma evlənən mən yox, oğlumdur. Nə vaxt istəsə, o zaman toy edəcəyik". Axşam.az-ın məlumatına görə...