Azərbaycanlı xanəndə qəfildən öldü

Azərbaycanlı xanəndə qəfildən öldü
Şou-biznes 2042

Ukraynada yaşayan azərbaycanlı xanəndə dünyasını dəyişib.

BAKU.WS-in məlumatına görə, bu barədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev bildirib. Diaspor nümayəndəki qeyd edib ki, xanəndə Elbrus Məmmədov qəfildən keçinib:

"Ukrayna azərbaycanlılarının sevimlisi, gözəl insan, gözəl xanəndə Elbrus Məmmədov gözlənilmədən dünyasını dəyişdi. Çox təəssüf. Nə qədər həyatda varıq, həmişə qəlbimizdə yaşayacaqsan, gözəl insan. Allah rəhmət eləsin".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər