Azərbaycanlı müğənnilər bu xarici ulduzlarla duet oxuyublar - SİYAHI

Azərbaycanlı müğənnilər bu xarici ulduzlarla duet oxuyublar - SİYAHI
Video
Şou-biznes 103

Azərbaycanın şou-biznes aləmində yetəri qədər keyfiyyətli iş ortaya qoyan, əsl sənət təqdim edən məşhurlar çoxdur. Onlar tez-tez klip çəkdirib, ölkədə və xaricdə konsertlər verirlər, ara-sıra isə xarici müğənnilərlə də duetlər oxuyublar. Bəzən bu layihələr böyük səs-küyə səbəb olub. Yerli müğənnilərlə duet oxuyan xarici ulduzlar arasında Snoop Dogg, Dima Bilan, Kelli Coys kimi tanınmış simalar var.

BAKU.WS xarici ulduzlarla duet oxuyan yerli müğənnilərin adlarını təqdim edir:

Xalq artisti Tünzalə Ağayeva illər əvvəl fransız müğənni Kelli Coys ilə "Bakımın üzü gülür" mahnısını duet formasında ifa edib.

Müğənni Aysel Teymurzadə məşhur ifaçı Araş ilə Avroviziyada "Always" duetini ifa edib.

Xalq artisti Aygün Kazımova ABŞ-li reper Snoop Dogg ilə "Coffee from Colombia" duetini oxuyub.

Xalq artisti Alim Qasımov DJ Devid Vendetta ilə "I"m Your Goddess" mahnısını səsləndirib.

Müğənni Nigar Camal məşhur rusiyalı həmkarı Dima Bilan ilə "Obnimi menya" adlı mahnını duet formasında təqdim edib.

Xalq artisti Röya Ayxan illər əvvəl Mustafa Ceceli ilə "Gizli Sevgi" adlı mahnını duet formasında oxuyub.

Xalq artisti Miri Yusif "Səndən bir dənədir" adlı mahnısını türkiyəli həmkarları İrem Derici və Sinan Akçılla duet formasında oxuyub.

Əməkdar artist Xəyyam Nisanov türkiyəli həmkarı Ziynet Sali ilə "İstanbul" adlı hitini duet formasında ifa edib.

Son xəbərlər