Azərbaycanlı məşhurların kredit borcları: 2000-70 000 AZN - VİDEO

Azərbaycanlı məşhurların kredit borcları: 2000-70 000 AZN - VİDEO
Video
Şou-biznes 3014

Dəbdəbəli və lüks həyat tərzi sürən, günlərini təmtəraqlı məclislərdə keçirən, bahalı avtomobilləri, geyimləri, aksessuarları ilə daim gündəmdə olan şou-biznes nümayəndələri bu dəfə cah-cəlallı həyatlarının görünməyən üzündən, borclarından və kreditlərindən danışıblar.

BAKU.WS xəbər verir ki, aparıcı Afaq Gəncəlinin "Şourum" verilişinə müsahibə verən məşhurlar müəyyən dövrlərdə 2000 AZN-dən 70 000 AZN-dək kredit borcları olduqlarını bildiriblər.

Sənətçilərin kreditə götürdüyü əşyalar arasında bahalı avtomobillərdən tutmuş telefon və soyuducu kimi müxtəlif elektronik avadanlıqlar da yer alıb.

Bəzi şou-biznes nümayəndələri isə kreditə üstünlük vermədiklərini deyiblər. Onlar arasında Xalq artisti Faiq Ağayev, o cümlədən "Avroviziya" təmsilçilərimizdən olan Səmra Rəhimli yer alıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Məşhurların 100-340 min AZN-lik LÜKS AVTOMOBİLLƏRİ - VİDEO

Məşhurların 100-340 min AZN-lik LÜKS AVTOMOBİLLƏRİ - VİDEO

Cah-cəlallı malikanələri olan, bahalı geyimlərdən və qiymətli aksessuarlardan istifadə edən, dəbdəbəli həyat tərzi yaşayan ulduzlar bu dəfə lüks avtomobilləri i...

8877 Şou-biznes 09:17 19 oktyabr 2021

Son xəbərlər