Azərbaycanlı aktrisa məşhur türk serialında qalmaqal yaratdı - VİDEO
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin Türkiyədə yayımlanan "Yasak elma" serialından ayrılmasının səbəbi məlum olub.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisanın serialdan qəfil çıxmasının çəkiliş zamanı baş verən qalmaqalla əlaqəli olduğu üzə çıxıb.
"Yasak elma"nın 109-cu seriyasında Nəsrin Cavadzadənin canlandırdığı "Şahika" obrazı üçün cənazə mərasimi təşkil olunur. Aktrisanın əslində çəkiliş meydançasında rejissorla dava etdiyi, sonra serialla vidalaşdığı iddia edilib.
İddia olunur ki, rejissor Murat Öztürk bu yaxınlarda xəstələnib və rejissor Neslihan Yeşilyurt onu əvəzləyib. Çəkiliş meydançasında bir müddət qonaqları ilə söhbət edən yeni rejissor Nəsrini əsəbləşdirib.
Aktrisanın rejissora ünvanladığı "İşinizi bitirib sonra söhbət etsəydiniz" sözləri gərginlik yaradıb. Cavadzadə çəkiliş meydançasından ayrılıb telefonlarını söndürüb. Bu hadisə prodüser Fatih Aksoya çatdırıldıqda Cavadzadə üçün cənazə səhnəsi yazılıb.
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...