Azərbaycana yay gəldi

21
iyn
2021
09:20
Bu gün Azərbaycana yay fəsli gəlib.
BAKU.WS xəbər verir ki, yay fəsli Bakı vaxtilə saat 07:32:00-da ölkəyə qədəm qoyub.
Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur.
Bu gün ən uzun gündüz və ən qısa gecə olacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.
Qeyd edək ki, bu ilin payız fəsli sentyabrın 22-si saat 23:21-də, qış fəsli isə dekabrın 21-i saat 19:59-da gələcək.
Oxşar xəbərlər
Azərbaycana yaz fəsli gəlib
Azərbaycana yaz fəsli daxil olub. BAKU.WS xəbər verir ki, bu il yaz fəslinin ölkəmizə qədəm qoyması martın 20-də yerli vaxtla saat 07:49-a təsadüf edib. Bununla...
