Azərbaycana qışın gəlmə vaxtı açıqlandı
07
dek
2019
12:16
Qış fəslinin Azərbaycana gəlmə vaxtı məlum olub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından “oxu.az”a açıqlama verilib.Bildirilib ki, ölkəmizə qış fəsli dekabrın 22-si saat 08:19-da qədəm qoyacaq.
Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir.
Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur. Həmin gün ən uzun gecə, ən qısa gündüz qeydə alınır.
Oxşar xəbərlər
Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlandı
Bu il qış fəslinin Azərbaycana gəlmə vaxtı məlum olub.BAKU.WS AZƏRTAC-a istinadən bildirir ki, bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının...