Azərbaycan “Eurovision”da neçənci sırada çıxış edəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan mayın 18-də “Eurovision-2021” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalında 14-cü çıxış edəcək.
BAKU.WS-in məlumatına görə, bu barədə müsabiqənin rəsmi saytında qeyd olunur.
İlk üç iştirakçı Litva, Sloveniya və Rusiya təmsilçiləri olacaq.
Birinci yarımfinalda Azərbaycandan başqa 15 ölkə iştirak edəcək.
“Eurovision-2021”in ikinci yarımfinalı 17 ölkənin təmsilçilərinin iştirakı ilə 20 mayda baş tutacaq.
Müsabiqənin mayın 22-də keçiriləcək finalında 26 ölkə iştirak edəcək.
Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə ləğv edilən yarışma Rotterdamda “Ahoy Arena”da keçiriləcək.
Qeyd edək ki, ölkəmizi “Mata Hari” mahnısı ilə Samirə Əfəndi təmsil edəcək.
Oxşar xəbərlər
Samirənin “Avroviziya”dakı çıxışı 13-cü yerə layiq görüldü - VİDEO
“Avroviziya” beynəlxalq mahnı müsabiqəsi fərqli formada baş tutub. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, müsabiqənin ilk yarımfinalında Rotterdamda çıxış...