Azərbaycan əsilli iş adamının dəbdəbəli və lüks həyatı - FOTO

Azərbaycan əsilli iş adamının dəbdəbəli və lüks həyatı - FOTO
Şou-biznes 961

Azərbaycan əsilli iş adamı Rza Zərrabdan xəbər var.

BAKU.WS türkiyə mətbuatına istinadən xəbər verir ki, o, həbsdən çıxdıqdan sonra Mayamidə lüks həyat tərzi yaşamağa başlayıb.

Bu haqda məlumatı ABŞ polisi onun "Whatsapp" mesajlarını ifşa edərək müəyyən edib. Zərrabın 3 milyon 600 min dollarlıq dəbdəbəli malikanədə yaşadığı ortaya çıxıb.

Onun xarici görünüşü də tamamilə dəyişib. Xeyli artıq çəki atan Zərrabın yeni imici görənləri təəccübləndirib. Rza yeni fotosunda xarici görünüşündəki dəyişikliklə yanaşı, qolundakı "Richard Mille" markasına məxsus bahalı saatı ilə diqqət çəkib.

Azərbaycan əsilli iş adamının dəbdəbəli və lüks həyatı - FOTO

İş adamının evini məşhur memar Rem Kolhaas dizayn edib. Mənzildə lift də var. Malikanədə iki ayrı hovuz mövcuddur. Evin aylıq kirayəsi 10 min dolardır. Zərrabın Floridada da lüks həyatı var. O, Floridada 300 min dollarlıq at satın alıb.

Azərbaycan əsilli iş adamının dəbdəbəli və lüks həyatı - FOTO

Qeyd edək ki, bir müddət əvvəl Rza Zərrab adını dəyişdirərək Aaron Goldsmith edib.

Azərbaycan əsilli iş adamının dəbdəbəli və lüks həyatı - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər