Hadisədən "Rza Zərrabdan hamilə qalması" iddialarına cavab - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli müğənni Hadisə Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabdan hamilə qalması ilə bağlı iddialara cavab verib.
BAKU.WS xəbər verir ki, türkiyəli sənətçi sosial media hesabında ingilis dilində paylaşım edib:
"Bir axmaq danışanda diqqətlə dinləyin. Çünki axmaq danışanda qulaq asmaq vacibdir. Nə edəcəyinizi bilmək, nə etməmək lazım olduğunu bilmək qədər vacibdir".
Qeyd edək ki, ötən gün “Söylemezsem olmaz” proqramına qatılan model Deniz Akkaya verdiyi açıqlamaları ilə diqqət çəkib.
Hadisənin şəxsi həyatından danışan Deniz sənətçinin iş adamı Rza Zərrabdan hamilə qaldığını bildirib. Məhz bundan sonra Ebru Gündeş Rza ilə həyat yollarını ayırıb.
Xatırladaq ki, bir müddət əvvəl Rzanın həyat yoldaşı Ebru Gündeşə xəyanət etdiyi məşhurlar arasında Hadisənin də adı çəkilib. Bu xəbərlərin yayılmasına səbəb Ebru Gündeşin falçısının Hadisəni Zərrabın Amerikadakı evində görməsi olub.
Oxşar xəbərlər
Hadisə haqqında şok iddia: Məşhur iş adamından hamilə qalıb - VİDEO
Türkiyəli müğənni Hadisə bu dəfə də şəxsi həyatı ilə yerli və türk mətbuatının gündəmini zəbt edib. BAKU.WS xəbər verir ki, ötən gün “Söylemezsem olmaz” proqram...