Rza Zərrabın 5 milyonluq şirkəti xarabalığa çevrilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur müğənni Ebru Gündeşin keçmiş həyat yoldaşı azərbaycanlı iş adamı Rza Zərrabdan xəbər var.
BAKU.WS xəbər verir ki, Türkiyədə yerləşən və Zərraba aid “Royal holding” şirkətinin binası sahibsiz qaldığından insanlar tərəfindən talan edilib.
Geniş və hündür binada bahalı əşyalar oğurlanıb. Binanın ətrafında yaşayan sakinlər mövcud vəziyyətlə bağlı narahatlıq keçirirlər. Onlar “Qorxumuzdan binanın yanından belə keçə bilmirik” deyə etiraz edirlər.
Sahibsiz bina əvvəllər evsiz insanların sığınacağı olub. Oğurluq hadisələri kütləvi hal aldığından artıq orada heç kim qala bilmir.
Qeyd edək ki, 2010-cu ildə Rza tərəfindən yaradılan şirkətə 5 milyon lirə (təxminən 956 min AZN) invsetisiya qoyulub. Şirkətin tək hissədarı Zərrab özüdür. 2017-ci ildə iş adamı tutulduqdan sonra onun bütün varidatı, o cümlədən "Royal holding" də əlindən alınıb.
Qalereya
Oxşar xəbərlər
Hadisədən "Rza Zərrabdan hamilə qalması" iddialarına cavab - VİDEO
Türkiyəli müğənni Hadisə Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabdan hamilə qalması ilə bağlı iddialara cavab verib. BAKU.WS xəbər verir ki, türkiyəli sənət...