Aytən Səfərova: "Özünü mənim ərim kimi təqdim edib rüşvət alır" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı Aytən Səfərovaya qarşı dələduzluq edilib.BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, Cəfər adlı bir şəxs özünü onun həyat yoldaşı kimi təqdim edərək, rüşvət alır.
Səfərova bildirib ki, bu barədə ona Bakıda fəaliyyət göstərən özəl klinikalardan birinin baş həkimi məlumat verib:
"Baş həkim mənə zəng edərək bildirdi ki, 40-45 yaş arası bir kişi özünü mənim həyat yoldaşım və TƏBİB-in nümayəndəsi kimi təqdim edir. Onlara qəbzlər verir, pul ödəmələrini tələb edir. Baş həkimlərdən 70-500-1000 manat alır.
Eyni zamanda, özünü "Xəzər TV"nin əməkdaşı kimi də təqdim edir. Deyir ki, nə probleminiz varsa, Operativ Qərargaha deyin, guya orada çalışır.
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...