Aygün Kazımovanın Türkiyədəki mənzilində əxlaqsızlıq yuvası təşkil etməsi xəbəri yayıldı (VİDEO)
Xalq artisti Aygün Kazımova musavat.com saytında haqqında gedən məqaləyə münasibət bildirib.
BAKU.WS məlumat verir ki, ANS kanalına açıqlama verən müğənni adının erməni əsilli modelyer Ramazzo ilə hallanmasını ona qarşı hazırlanmış növbəti qara piar olduğunu bildirib:
"Mənə çox pis təsir edir ki, "Müsavat" kimi ciddi bir sayt, hörmət etdiyim bir qurum belə bir insanın verdiyi müsahibəni yayımlayıb. Bu müsahibəni yayımlayan şəxs heç bilirmi ki, bu insan İnterpolda axtarışdadır, Türkiyədən də dəfələrlə qovulub? Özü də xaricdə yaşayır".
Sözügedən məqalədə müğənnnin Türkiyədəki mənzilində əxlaqsızlıq yuvası təşkil etdiyi barədə məlumatlar da yer alıb. İddialara görə, müğənni həmin evdə "Best model of Azerbaijan” müsabiqəsinin modellərini stilist Anar Ağakişiyevlə birgə müəyyən pul müqabilində imkanlı şəxslərə satırmış. Hətta Türkiyə mətbuatı da bir neçə il bundan əvvəl bu barədə məlumatlar yayıb.
Müğənni bütün bunları yaymaqla onu xalqın gözündən salmaq istədiklərini bildirib:
"Pisimi də yaxşımı da özüm etiraf edirəm. Səhvimi də, düzümü də özüm deyirəm. Axı nəyə lazımdır özünüzdən nəsə çıxarırsınız? Xahiş edirəm əziyyətimizi heç etməyin”.
Kazımova bildirib ki, məqaləni dərc edən şəxs barədə məhkəməyə müraciət edəcək.
BAKU.WS
Oxşar xəbərlər
Aygün Kazımova:"Qızıma və mənə şər atırlar"
Xalq artisti Aygün Kazımova son zamanlar mətbuatda adından yayılan xəbərlərə münasibəti bildirib. BAKU.WS məlumat verir ki, 106.3 FM-də danışan müğənni mətbua...