Aygün Kazımova birinci oldu - FOTO
Xalq artisti Aygün Kazımovanın "Parol" mahnısı "Apple Music Azerbaijan" və "Yandex Music"də birinci olub.
BAKU.WS xəbər verir ki, bir neçə ay əvvəl işıq üzü görən bəstə yutubda da 5 milyondan çox izlənilib.
Son günlər hitə çevrilən "Parol" bütün musiqi platformalarını ən çox dinlənilən hitlər sırasında yer alıb.
Bununla yanaşı ölkənin əsas ulduzunun "Qorxuram" və "Vəfasızlar" mahnısı "Apple Music Azerbaijan"da ilk onluqdadır.
"Yenə tək", "Ağlasın", "Bağlanıram" mahnıları da ən çox dinlənənlər sırasına daxil olub.
Pop divanın 7 il əvvəl müğənni Samir Piriyevlə duet şəklində oxuduğu "Ağlasın" mahnısı həm də bu günlərdə TikTok-da ən çox video çəkilən musiqi olub.
Qeyd edək ki, "Parol"un musiqisi Kazımcana, sözləri Orxan Qarabasmaya aiddir.
Qalereya
Oxşar xəbərlər
Milyarddan çox baxış toplayan azərbaycanlı müğənnilər - VİDEO - SİYAHI
Şou-biznes əhli zaman-zaman şəxsi həyatları, bahalı və lüks yaşayış tərzləri ilə gündəmə gəlsələr də, onlar arasında sənət nümayiş etdirənlər də az deyil. Səhər...