Aybəniz Haşımova qızı ilə kürəkəninin FOTOsunu paylaşdı

Aybəniz Haşımova qızı ilə kürəkəninin FOTOsunu paylaşdı
Foto
Şou-biznes 3576

Əməkdar artist Aybəniz Haşımova bir neçə gün əvvəl nişanlanan qızı Aynişan Quliyeva və kürəkəni Kənan Əliyevin fotosunu paylaşıb.

BAKU.WS xəbər verir ki, nişan mərasimində çəkilən şəkildə cütlüyün Aynişanın adını daşıdığı baba nənəsini və xalası Şahnaz Haşımovanı görürük.

Aybəniz xanım qızının nişanlanması ilə bağlı aldığı təbriklərə minnətdarlığını belə bildirib:

"Allah hamının balasını xosbəxt etsin, amma bu evlilik yaman həyacanlı məsələ imiş evlilik məsələsi. Ələxxüsus da söhbət övladdan gedirsə. Xəbəriniz var, o gündən yuxum qaçıb? Allah başınıza gətirsin. Allah heç kimin övladını atdığı addımdan peşiman etməsin. O gündən telefon susmur. Bütün dostlarım sevinir."Aybəniz, sənin yanındayıq" deyirlər. Dostların sənin üçün bu qədər sevinməsi, narahat olması nə qədər gözəldir! Bütün xarici ölkələrdən, yaxından balamın bu şad xəbəri ilə bağlı təbrik edənlərə sonsuz təşəkkürümü bildirirəm. Çox sağ olun, əziz insanlar! Ömrünüz həmişə xoş xəbərlərlə dolu olsun, hər sabahınız xoş xəbərlərlə acılsın! Övladlarınız, özünüz bəxtəvərlik içində olasınız. Ruziniz başınızdan tökülsün, daşsın. Yığıb-yığışdıra bilməyəsəniz! Evinizdə uşaq səsindən qulağıniz tutulsun! Canınız sağ, ömrünüz uzun olsun!"

Oxşar xəbərlər

Aynişanın nişanlısı görün kim imiş - FOTO

Aynişanın nişanlısı görün kim imiş - FOTO

Bir neçə gün öncə Əməkdar artist Aybəniz Haşımovanın qızı, aktrisa Aynişan Quliyevanın nişan mərasimi keçirilib. Sənətçi bu barədə özü məlumat versə də, nişanlı...

12602 Şou-biznes 13:28 22 dekabr 2019

Son xəbərlər